AZ

Gürcüstanın sabiq Baş nazirinə qarşı ittiham irəli sürülüb

Gürcüstanın Baş Prokurorluğu ölkənin sabiq Baş naziri İrakli Qaribaşvilini xüsusilə irimiqyaslı çirkli pulların yuyulmasında ittiham edib.

Missiya.Az xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinq zamanı məlumat verib.

Qeyd edək ki, bundan əvvəl, dindirmə zamanı Qaribaşvili illərdir qanunsuz gəlir əldə etdiyini etiraf edib.

Xatırladaq ki, bir müddət əvvəl onun evinə baxış zamanı külli miqdarda pul, bahalı qızıl-zinət əşyaları və s. aşkar edilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
97
missiya.az

1Mənbələr