AZ

Gürcüstanın sabiq Baş naziri bir milyon lari müqabilində həbsdən azad edilir

Tbilisi, 24 oktyabr, AZƏRTAC

Gürcüstan Prokurorluğu keçmiş Baş nazir İrakli Qaribaşvili barəsində həbs qətimkan tədbiri əvəzinə 1 milyon lari məbləğində girov təyin olunmasını tələb edib. Bununla yanaşı, prokurorluq onun Gürcüstan pasportunun müsadirə olunmasını və ölkədən çıxışına qadağa qoyulmasını da istəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, keçmiş hökümət başçısı özünə qarşı irəli sürülən ittihamları tam şəkildə etiraf edib.

Prokurorluğun məlumatına görə, məhkəmədə tələb olunan girov həm nağd vəsait, həm də daşınmaz əmlak formasında təmin edilə bilər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
43
3
azertag.az

4Mənbələr