Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə şair İlham Qəhrəman arasında məhkəmə çəkişməsi başa çatıb. Sabunçu Rayon Məhkəməsinin oktyabrın 1-də çıxardığı qərarla AYB-nin iddiası qismən təmin olunub.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-a "Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilmiş AYB üzvü İlham Qəhrəman bildirib.
Şairin sözlərinə görə, məhkəmə 500 manat məbləğində təzminat ödənilməsi, təkzib verilməsi, üzr istənilməsi və yazının saytdan silinməsi barədə qərar verib.
İlham Qəhrəman qərardan narazı olduğunu və Apellyasiya Məhkəməsinə şikayət verəcəyini vurğulayıb: "Mən 500 manat təzminatı ödəyəcəm, ancaq təkzib vermək və üzr istəmək mümkün deyil".