AZ

Uitaker: “Bütün kartlar Trampın əlindədir”

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Newsmax” nıəşrinə müsahibəsində Amerika liderinin atəşkəsə nail olmaq üçün Rusiya və Ukrayna prezidentlərini danışıqlar masası arxasına oturtmağa çalışdığını iddia edib. O, Rusiyaya qarşı yeni sanksiyaların elan edilməsini Donald Trampın NATO-nun baş katibi Mark Rütte ilə keçirdiyi görüşün “ən mühüm” nəticəsi adlandırıb. “Amerika lideri Moskvaya qarşı “getdikcə səbirsiz” olur. Tramp bütün kartları əlində saxlayır. Nəhayət, o, Vladimir Putini danışıqlar masası arxasında saxlamağa imkan verən şərait yaratmağa davam etmək üçün uyğun gördüyü şəkildə bu kartları oynayacaq”, - Metyu Uitaker bildirib. Daha əvəvl Ağ Evin mətbuat katibi Kerolayn Levitt Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi və Putinlə Macarıstanda gözlənilən görüşün ləğvi qərarını Rusiyanın “topu sülhə doğru hərəkət etdirməsinə” kifayət qədər maraq görməməsi ilə əsaslandırıb. Xatırladaq ki, oktyabrın 23-də ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb. Demək olar ki, bununla eyni vaxtda Amerikanın Maliyyə nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunduğu barədə məlumat yayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
azvision.az

2Mənbələr