AZ

TDT ilə birgə fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

“Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyevlə görüşməkdən məmnun olduq.
TDT-nin qlobal müstəvidə möhkəmlənən mövqeyi, ölkəmizlə əməkdaşlıq və üzv ölkələr arasında müasir texnologiyaların tətbiqi, innovativ həllər, nəqliyyat, logistika, tranzit kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsi barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
6
3
vergiler.az

4Mənbələr