ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycana böyük uğurlar gətirən COP29 BMT tərəfindən bu günədək dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır. Bu mötəbər tədbirin ölkəmizdə yüksək təşkilatçılıqla keçirilməsi Azərbaycanın qlobal miqyasda iqlim dəyişikliyi və ətraf mühitin qorunmasında liderlik rolunu nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-da “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” kitabının təqdimat mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli deyib.
Akademik İsa Həbibbəyli “Yaşıl dünya naminə həmrəylik ili” və Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekunlarına həsr olunmuş kitabın elmi və siyasi əhəmiyyətini vurğulayıb. O, 2024-cü il ərzində AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı həyata keçirilmiş layihələr, görülmüş işlər, nəşr fəaliyyətləri və qarşıda duran perspektivləri əks etdirən bu nəşri akademiyanın həm elmi fəaliyyətinin hesabatı, həm də beynəlxalq tədbirin çağırışları fonunda akademik vəzifələri ümumiləşdirən mühüm sənəd kimi yüksək dəyərləndirib. O, COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin nəticəsi olmaqla yanaşı, ölkə rəhbərinin dünya miqyasında artan siyasi nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, qlobal tədbirin Bakıda XXI əsrin reallıqlarına və çağırışlarına uyğun səviyyədə təşkili Prezident İlham Əliyevin dünya miqyasında xarizmatik liderlik və yüksək idarəçilik məharətini aydın şəkildə meydana qoyub. COP29 Azərbaycanın müasir inkişafını dünyaya əyani şəkildə nümayiş etdirib.
AMEA rəhbəri COP29 tədbirlərində akademiyanın da yüksək səviyyədə təmsil olunduğunu, alimlərin elmi konfranslarda fəal iştirak etdiklərini söyləyib. O, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-un dünyada baş verən proseslərə yeni üfüq açdığını, geniş müzakirə platforması meydana qoyduğunu bildirib. Əlavə edib ki, COP29 tədbirlərində XXI əsrin ən müasir çağırışlarına cavab verən yaşıl iqtisadiyyat, ekoloji tarazlıq, yaşıl enerji, ərzaq və qida təhlükəsizliyi, bio və ekoloji təhlükəsizlik, sağlam ətraf mühit kimi prioritet mövzularda müzakirələr aparılıb, mühüm qərarlar qəbul edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.