AZ

Edin Ceko tarixə düşdü

UEFA Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turunun “Rapid” – “Fiorentina” oyunu "bənövşəyilər"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Fanat.Az xəbər verir ki, qollardan birinin müəllifi olan Edin Ceko turnirin tarixinə düşüb.

"Opta"nın hesablamasına görə, qarşılaşma zamanı bosniyalı forvard 39 yaş 220 günlük olub ki, bu da onu Konfrans Liqası tarixində ən yaşlı qol vuran oyunçuya çevirib. 

Qeyd edək ki, ötən mövsüm "Fənərbağça"nın formasını geyən Ceko "Fiorentina"ya bu yay azad agent kimi keçib. 

Mirağa

Seçilən
88
fanat.az

1Mənbələr