AZ

“Uzak Şehir” serialında qalmaqal: Bu səhnə təsadüfən çəkilib?

“Kanal D”də yayımlanan “Uzak Şehir” serialı yenidən tənqid obyektinə çevrilib.

Publika.az xəbər verir ki, Sədaqət adlı obrazın Fələstin bayrağı rənglərinə malik paltarı fırladaraq “Rədd olub gedəcək buradan” deməsi sosial mediada geniş müzakirələrə səbəb olub.

İzləyicilər bu səhnənin təsadüfi ola bilməyəcəyini bildirib və serialı tənqid ediblər.

“Artıq hər şey simvolikdir. “Uzak Şehir” serialında fırladılan paltar rəngləri Fələstin bayrağının rənglərini təmsil etmək üçün diqqətlə seçilib. Bu, təsadüf ola bilməz”, - yazıçı Ebrar Akbulut qeyd edib.

Seçilən
74
1
publika.az

10Mənbələr