“Dünyada gedən proseslər manata təsir edəcək. Neftin qiymətinin düşmə ehtimalı var. Həmçinin, hasilat azala-azala gedir. Bu, çox böyük problemdir. Ortamüddətli perspektivdə də manatın məzənnəsi üçün ciddi təhdidlər var”.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov deyib.
O vurğulayıb ki, qısamüddətli perspektivdə və böyük ehtimalla, gələn il manat üçün ciddi təhlükə yoxdur: Dördpendirli pizza
“Valyuta ehtiyatlarımız kifayət qədər çoxdur. Bu baxımdan, manatın məzənnəsi üçün gələn il ciddi təhlükə olduğunu düşünmürəm. Lakin hər şey ola bilər. Bu məsələdə heç vaxt tam proqnoz vermək olmur, çox şey inzibati yolla həll edilir. Təkrar edirəm, ehtimal budur ki, bir ilə manatın məzənnəsi sabit olacaq”.
Telegram kanalımız