AZ

“Fincantieri” ilk inteqrə olunmuş sualtı dron sistemini təqdim edib

İtaliyanın “Fincantieri” şirkəti La Spezia şəhərindəki Dəniz Dəstəyi və Sınaq Mərkəzində özünün ilk sualtı dron sistemini təqdim edib.

Bu barədə “Poliqon” “Fincantieri” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, DEEP adlı sualtı dron sisteminin təqdimatı “Fincantieri” üçün sualtı texnologiyalar sahəsində əsas mərhələ hesab olunur və şirkətin bu istiqamətdə lider mövqeyini təsdiqləyir.

DEEP, kritik sualtı infrastruktur və liman ərazilərinin qorunması, inkişafı və texniki xidmətini təmin etmək üçün nəzərdə tutulmuş qabaqcıl inteqrə edilmiş həlldir. Sistem, həmçinin monitorinq və ətraf mühitin mühafizəsi fəaliyyətlərini də həyata keçirə bilir. DEEP layihəsi başlanğıcdan ikili təyinatlı şəkildə hazırlanıb. Sualtı dron həm mülki, həm də müdafiə və təhlükəsizlik sahələrinin tələblərinə cavab verə bilir.

Platforma aşağıdakı elementlərdən ibarətdir:

Erkən xəbərdarlıq üçün sualtı sensorlar şəbəkəsi (Early Warning System),

Real vaxtda əməliyyat idarəetməsi üçün Komanda və İdarəetmə Mərkəzi,

Müxtəlif səviyyələrdə avtonom, koordinasiyalı və birgə missiyalar icra edə bilən avtonom sualtı aparat komandası (AUVs),

Verilənlərin təhlili və emalı üçün süni intellekt əsaslı sistem.

Seçilən
51
poliqon.az

1Mənbələr