AZ

Deputat: Məxfi məlumatların qorunmasını nəzərə almaq lazımdır

BAKI, 24 oktyabr. TELEQRAF

"Süni intellektin tətbiqi bir çox sahədə uğurlu nəticələr əldə etməyə imkan yaradır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, əldə edilən təcrübə bunu göstərir.

"Süni intellekt tətbiq edilən zaman sosial sahədə məxfi məlumatların qorunmasını nəzərə almaq lazımdır. Süni intellektin təkmilləşdirilməsi üçün möhkəm qanunvericilik bazasının yaradılmasına ciddi ehtiyac var", - M. Quliyev əlavə edib.

Seçilən
103
teleqraf.com

1Mənbələr