AZ

Azərbaycanda süni intellektin inkişafına xüsusi diqqət yetirilir- Anar Əliyev

Azərbaycanda süni intellektin inkişafına xüsusi diqqət yetirilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiə Naziri Anar Əliyev deyib,

"Süni intellektin tətbiqi vasitəsilə idarəetmənin təkmilləşdirilməsi, mexanizmlərin transformasiyası və Azərbaycanın qlobal innovativ ekosistemdə mövqeyinin möhkəmləndirilməsi məqsədilə “2025–2030-cu illəri əhatə edən Süni İntellekt Strategiyası” təsdiqlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün süni intellekt imkanlarının araşdırılması və tətbiqi strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyətlər Nazirliyin strategiyası çərçivəsində hazırlanmış üç elmi yol xəritəsinə uyğun şəkildə həyata keçirilir",- nazir bildirib.

Aytac Zeynalova

Seçilən
90
anews.az

1Mənbələr