Azərbaycan Basketbol Liqasında bu gün IV turun daha iki oyunu keçiriləcək.
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda B qrupunda yer alan "Quba" və "Lənkəran" üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da start götürəcək.
Bu qrupun digər oyununda "Ordu" və "Sumqayıt" qarşılaşacaq. Bu görüş saat 19:00-da başlayacaq.
"Ordu" B qrupunda 6 xalla liderdir. "Quba" 5 xalla üçüncü, "Lənkəran" 4 xalla dördüncü, "Sumqayıt" isə 3 xalla sonuncu - altıncı sıradadır.