Noyabrın 8-10 tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb. Azərbaycan Cüdo Federasiyasının rəsmi açıqlamasında deyilir ki, turnirdə Azərbaycanı performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, eləcə də qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 12 idmançı təmsil edəcək.
Kişilərdən Ruslan Paşayev (66 kq), Hidayət Heydərov (73 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınlardan Könül Əliyeva (48 kq), Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Aytac Qardaşxanlı (hər ikisi 70 kq) və Günel Həsənli (78 kq) tatamiyə çıxacaqlar. Qeyd edək ki, cüdo yarışları noyabrın 8-10-da baş tutacaq.
Mətləb