AZ

Tramp “Binance” kriptobirjasının qurucusu Çanpen Zaonu əfv edib

Donald Tramp “Binance”nin yaradıcısı Çanpen Zaonu əfv edib, bu barədə WSJ qazəeti məlumat yayıb. Bildirilir ki, sərəncam hələ 22 oktyabr 2025-ci ildə imzalanıb.

ABŞ prezidenti Donald Tramp administrasiyası nəşrə bildirib ki, prezident “konstitusion səlahiyyətlərindən” istifadə edərək “Co Baydenin prezidentliyi dövründə təqib olunan” Zaonu əfv edib. Başqa detallar açıqlanmayıb.

Nəşr qeyd edir ki, şirkət azı bir il ərzində Çanpen Zaonun əfv edilməsi üçün çalışıb, məsələn, Tramp ailəsinin kriptolayihəsi olan “World Liberty Financial” (WLFI tokeni) layihəsinin sponsoru olub.

WSJ yazır ki, əfv “Binance”yə 2023-cü ildə fəaliyyəti qadağan edilən ABŞ bazarına qayıtmağa imkan verəcək.

“Coinmarketcap”ın məlumatına görə, xəbər fonunda “Binance” kriptobirjasının BNB tokeni Bakı vaxtı ilə 19:42-ə olan məlumata əsasən 6% artaraq 1143 ABŞ dollarına yüksəlib.

2024-cü ilin aprelində Zao çirkli pulların yuyulmasına qarşı qanunları pozduğu üçün azadlıqdan məhrum edilmişdi (eyni ittihamla birjaya qarşı da iddia qaldırılmışdı, lakin sonradan şikayət geri götürülmüşdü). Məhkəmə müəyyən etmişdi ki, qurucu “Binance”nin böyüməsini və gəlirini qanunlara riayət etmək öhdəliyindən üstün tutub və bununla da cinayətkarlara ən böyük kriptobirjada sərbəst ticarət etməyə imkan yaradıb. Həmin ilin oktyabrına kimi isə o, azadlığa çıxıb.

Seçilən
113
banker.az

1Mənbələr