AZ

Tramp administrasiyası Alyaskada neft-qaz hasilatına yenidən icazə verdi

BAKI, 24 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Alyaska sahillərində yeni neft və qaz yataqlarının kəşfiyyat və işlənməsi ilə bağlı qadağanı ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat ABŞ Daxili İşlər Nazirliyinin saytında dərc olunub.

Nazirliyin məlumatına görə, Alyaska sahillərində ölkənin ən perspektivli, hələ istismar olunmamış enerji ehtiyatları yerləşir. Bu yataqların işlənməsi ABŞ-nin enerji təhlükəsizliyini gücləndirə bilər.

Yeni qərarlara əsasən, 6,3 min kvadratmetr sahil düzənliyi yenidən neft və qaz hasilatı üçün açıq elan edilib. Bununla da 2024-cü ildə sabiq prezident Co Baydenin administrasiyası tərəfindən qəbul edilmiş və hasilatı minimum səviyyəyə endirən məhdudiyyətlər ləğv olunub.

Seçilən
86
teleqraf.com

1Mənbələr