AZ

“Roma” gözlənilmədən öz meydançasında “Viktoriya Plzen”ə məğlub olub

UEFA Avropa Liqasının üçüncü turunda “Roma” “Viktoriya Plzen”i (Çexiya) qonaq edib.

İdman.Biz bildirir ki, Çexiya komandası oyunda 2-1 hesabı ilə qələbə qazanıb.

Prins Adu 20-ci dəqiqədə hesabı açdı, Şeyk Suare isə 23-cü dəqiqədə fərqi iki topa çatıdırb. Paulo Dibala 54-cü dəqiqədə penaltidən dəqiq zərbə endirərək hesab arasındakı fərqi azaldıb.

Bu oyundan sonra “Roma”nın üç xalı var, “Viktoriya Plzen” isə yeddi xal toplayıb.

Növbəti turda “Roma” 6 noyabrda “Reyncers”lə, “Viktoriya Plzen” isə həmin gün “Fənərbaxça” ilə qarşılaşacaq.

İdman.Biz

Seçilən
40
1
idman.biz

2Mənbələr