AZ

Azərbaycanla qonşu respublikada məcburi hicab qadağası qüvvəyə mindi

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Çeçenistanda qadınların baş örtüyü taxması təşviq olunacaq.

Globalinfo.az xəbər verir ki, bunu Çeçenistanın gənclər nazirinin müavini Əmir Suqaipov açıqlaybı.

Nazir müavini bu tədbirin həm hicab, həm də sadə baş örtüyü və ya zolaqlar üçün nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, hicab taxılmasa belə ən azından baş örtüyü olmalıdır.

“Baş örtülü qadınlar həm estetik baxımdan daha gözəl, həm də mədəni və dini ənənələrə uyğun şəkildə ləyaqətli görünürlər”, – Suqaipov deyib.

Onun sözlərinə görə, bu tövsiyəyə əməl etməyən şəxslər, xüsusən də sosial mediada nalayiq məzmun paylaşanlar maarifləndirici söhbətlərə cəlb olunacaq.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
79
globalinfo.az

1Mənbələr