AZ

Ayxan Abbasov da yığmada, üç köməkçisi də - bəs "Şamaxı"nı məşqə kim çıxarırdı?

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov sentyabrın 8-də yığmanın baş məşqçisi təyin olunub. U-21-də olduğu kimi, əsas yığmada da köməkçiləri ilə birgə çalışır.

Bəs “Şamaxı” milli fasilədə nə edirdi? Komandanı məşqlərə kim çıxarırdı? Sualı “şirlər”in idman direktoru Kamran İsmayılova ünvanladıq:
“Yığmaya Ayxan Abbasovla birgə üç köməkçisi də təyin olunub. “Şamaxı”da məşqçi heyəti yeddi nəfərdən ibarətdi. Milli fasilədə yerdə qalan üç nəfər komandaya məşq keçib”.
Xatırladaq ki, “Şamaxı” fasilədən sonra keçirdiyi ilk oyunda evdə “Kəpəz”ə 1:4 hesabıyla uduzub.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
3
2
football-plus.az

3Mənbələr