AZ

"Azərreyl" voleybol klubu Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycanı avrokuboklarda təmsil edən kişi voleybolçulardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının təsnifat mərhələsində ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, son ölkə çempionu təsnifat mərhələsinin I turunda Serbiyanın “Radniçki” komandası ilə üz-üzə gəlib.

Bakıda Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan matç rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Komandalar arasında cavab qarşılaşması oktyabrın 29-da gerçəkləşəcək.

 

Seçilən
46
1
azertag.az

2Mənbələr