Futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, günün ilk matçında "Şuşa" U-19 kollektivini 7:5 hesabı ilə üstələyib.
Ardınca "Araz-Naxçıvan" "Baku Fire" komandasına 7:2 hesabı ilə qalib gəlib.
Günün son görüşündə isə "Neftçi" İK "Lənkəran"dan güclü olub - 10:2.
Xal durumu: "Neftçi" İK – 16, "Araz-Naxçıvan" – 13, "Baku Fire" – 11, "Şuşa" – 9, U-19 – 3, Lənkəran – 0.