Bakı. Trend:
"İnter Mayami” özünün "X" sosial media səhifəsində forvard vəkapitan Lionel Messinin stadionda təmir işlərinin fonunda sənədlərioxuduğunu və sonra imzaladığını göstərən bir video yayımlayıb.
Trend xəbər verir ki, "flaminqo"lar paylaşıma “O, evdədir”şərhini yazıblar.
Qeyd edək ki, daha əvvəl 38 yaşlı futbolçunun müddəti 2028-ciilə qədər olan yeni müqavilə imzalayacağı bildirmişdi.
İnsayder Fabrisio Romano da argentinalının klubla anlaşdığınıyazıb.
Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bumüddət ərzində forvard bütün yarışlarda 82 matçda meydana çıxıb, 71qol vurub və 37 məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatınagörə, onun bazar dəyəri 18 milyon avrodur.