ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, 10 ay əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində itkin düşən 1985-ci il təvəllüdlü Əliyev Samir Arif oğlunun 39 yaşlı həyat yoldaşı İbrahimova Elmira Vidadi qızı tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.
Globalinfo.az xəbər verir ki, mərhumun atası Arif Əliyev hadisənin təfərrüatlarını “Teleqraf”a danışıb.
Onun sözlərinə görə, gəlini Elmira İbrahimova onlara deyib ki, Samir sonuncu dəfə özünə məxsus tüfəngini götürüb və havaya atəş açaraq tələsik evdən çıxıb.
Ondan sonra Samir Əliyevdən xəbər olmayıb. Samirin anası gəlininə oğlunun necə evdən çıxdığını sual verəndə isə Elmira İbrahimova verdiyi cavabla qadının fikrini qarışdırıb.
Bundan başqa, Samir Əliyevin banka kredit borcu da olub. Atası bu ay ərzində itkin kimi qələmə verilən oğlunun kredit borcunu ödəmək istəyəndə, bankdan bildirilib ki, onun borcu hər ay Elmira İbrahimova tərəfindən ödənilir.
Bundan sonra Elmira şübhə çəkməyə başlayıb. Buna görə də ana və ata polis idarəsinə Elmira İbrahimovadan şikayət edib.
Hadisə yerinə Baş Polis İdarəsinin Kriminalistika Şöbəsi və Sabunçu Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit evin həyətindən torpağın altından sellofan torbaya bükülmüş vəziyyətdə aşkarlanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.