Bakı. Trend:
Avropa İttifaqı, Avropa Enerji Tənzimləyiciləri Şurası (CEER)tərəfindən icra olunan "EU4Energy" layihəsinin yeni mərhələsiçərçivəsində Azərbaycanın enerji sektorunda “yaşıl keçid"ə vəislahatlara dəstəyi davam etdirməyə hazırdır.
Bu barədə Trend-ə CEER-in regional ofisinin rəhbəri Ester Suleaçıqlama verib.
“Biz Avropa Enerji Tənzimləyiciləri Şurasını təmsil edirik vəAvropa İttifaqı adından Azərbaycanda "EU4Energy" layihəsini həyatakeçiririk. Biz həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin hamısınacavabdehik, lakin tədbirlərin birbaşa icrası məhz Azərbaycandahəyata keçirilir”, – deyə E.Sule bildirib.
Onun sözlərinə görə, layihənin cari mərhələsi 2025-ci ilnoyabrın 18-də başa çatacaq, lakin artıq onun davamıplanlaşdırılır:
“Yeni mərhələdə biz Energetika Nazirliyi ilə birlikdə hansıistiqamətlərin və fəaliyyət növlərinin bizim dəstəyimizə ehtiyacıolduğunu müzakirə edəcəyik. Şübhəsiz ki, Avropa İttifaqı bu layihəvasitəsilə Azərbaycanın “yaşıl keçid"inə dəstək verməyə, EnerjiTənzimləyiciləri Şurası isə tənzimləyici institutların vəqanunvericiliyin inkişafına töhfə verməyə hazırdır”, – o qeydedib.
E.Sule əlavə edib ki, CEER və Avropa İttifaqı Azərbaycanınelektroenergetika sektorunda planlaşdırılan islahatlara dəstəyidavam etdirmək niyyətindədirlər, çünki Avropa ölkələri enerjibazarlarının liberallaşdırılması sahəsində artıq böyük təcrübəyəmalikdirlər.
“Biz bu islahatları dəstəkləyəcəyik və Avropa təcrübəsinibölüşməyə hazırıq”, – deyə o vurğulayıb.