AZ

Paşinyan katolikos Qareginin yerinə Aram Asatryanı gətirir...


Faiq Ələkbərli: “Erməni kilsəsində dəyişiklik baş verə bilər, çox güman ki, yeni keşiş Aram Asatryan olacaq”

Məlumdur ki, Ermənistanda kilsə ilə hakimiyyət arasında münasibətlər isti deyil. Bu günlərdə baş nazir Nikol Paşinyan hökumət saatı zamanı bir sıra fikirlər səsləndirib. O bunları deyib:

“Ktriç Nersisyan bu taxta çoxdan əyləşib; o, sadəcə olaraq, onun kimi bir qrup şəxslə birlikdə Ana Taxtı ələ keçirmiş adamdır. Ktriç Nersisyan subaylıq andını pozduğuna görə özünü devirdi. Həyat yoldaşı və uşaqlarının haradan gəldiyini cəmiyyətə izah etsin. Ktriç Nersisyanın rəhbərlik etdiyi nüfuzdan salan aparat Ata Aram Asatryanın mənəvi fəaliyyətini gözdən sala bilməyib”.

Belə aydın olur ki, Paşinyan artıq katolikos Ktric Nersisyanın yerinə namizəd tapıb. Namizəd isəAram Asatryandır. Maraqlıdır, Asatryanın növbəti katolikos olmaq şansları yetərlidirmi?

“Paşinyan bu şəxslərə qarşı ciddi arqumentlər irəli sürür, o, Nersisyanın keşiş kimi özünü doğrultmadığını deyir”

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, dosent Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uzun zamandır Ermənistanda Paşinyanaəsas müxalifət kimi məhz kilsə qarşı çıxır: “Bunun da başında Ktriç Nersisyan dayanır. Əslində, Ktriç Nersisyanın arxasında dayananlar var. Onların əsas məqsədi Paşinyan hökumətini devirməkdir. Nersisyanın arxasında dayanan isə Rusiya və onun mütəffiqləridir. Həmin şəxslər yenidən hakimiyyəti ələ keçirmək istəyir. Revanşçı qüvvələr müxtəlif cəbhələrdən Paşinyana qarşı güc tətbiq edir. Onlar arasında Sarkisyan, Koçaryan və Ktriç Nersisyan da var. Əslində Sarkisyanla Koçaryanın nüfuzu xeyli dərəcədə zəifləyib. Nersisyan Paşinyanı nə qədər nüfuzdan salmağa çalışsa da, bu mümkün olmur. Çünki Paşinyan bu şəxslərə qarşı ciddi arqumentlər irəli sürür. O, Nersisyanın keşiş kimi özünü doğrultmadığını deyir. Bu anlamda erməni kilsəsində dəyişiklik baş verə bilər. Çox güman ki, yeni keşiş Aram Asatryan da ola bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, əsas məsələ Paşinyan hökumətinin Azərbaycana verdiyi vədlərə birə-bir əməl etməsidir. Zəngəzur dəhlizinin açılmasından tutmuş, Ermənistan konstitusiyasının dəyişilməsi kimi məsələlər həll olunmalıdır.

Günel CƏLİLOVA

Seçilən
92
baki-xeber.com

1Mənbələr