"Azəristiliktəchizat” ASC xidməti avtomobil almaq üçün tender elan edib.
 
 
 Teleqraf-ın əldə etdiyi məlumata görə, ASC 1 ədəd xidməti avtomobilin alınması üçün 100 min 100 manat pul ayırıb.
 
 
 Tenderin şərtlərinə əsasən, avtomobilin buraxılış ili 2025, mühərriki 2.2-2.5 hibrid, sürətlər qutusu isə avtomot olmalıdır.
 
 
 Qeyd edək ki, "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyevdir. O, bu ilin mayında ASC-yə sədr təyin edilib.
 
Tarix: 23 Oktyabr 2025, 18:08    
                        
                     
                        