AZ

Tramp Qəzzaya səfər edəcək

ABŞ prezidenti Yaxın Şərq üçün “Sülh Şurası”na rəhbərlik edəcək...

Poliqon xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Yaxın Şərqdə sülh prosesini tənzimləmək məqsədilə yaradılan yeni “Sülh Şurası”nın sədri olacağını açıqlayıb. O, həmçinin yaxın zamanda Qəzza sektoruna səfər etməyi planlaşdırdığını bəyan edib.

Trampın sözlərinə görə, bu təşəbbüs onun şəxsi arzusu olmasa da, şura regionun gələcək sabitliyi üçün mühüm təsirə malik olacaq.

“Bəli, getməyə hazırlaşıram. Biz ‘Sülh Şurası’nı yaratdıq və məndən onun rəhbəri olmağımı istədilər. Açığını desəm, bu, mənim istəmədiyim bir şey idi, amma bu şura Yaxın Şərqdə çox böyük səlahiyyətlərə malik nüfuzlu bir qurum olacaq”, deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, Yaxın Şərq “heç vaxt indiki qədər birləşmiş olmayıb”, istisna kimi isə HƏMAS hərəkatını göstərib. Trampın sözlərinə görə, HƏMAS “nəzəri olaraq” sülh razılaşmalarının şərtləri ilə razılaşıb.

Trampın açıqlaması Yaxın Şərqdə sülh prosesinin yeni mərhələsinə keçid kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, onun rəhbərliyi altında formalaşacaq “Sülh Şurası” ABŞ diplomatiyasının regionda təsir imkanlarını daha da gücləndirə bilər.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr