AZ

Netanyahunun ofisi İordan çayının qərb sahilinin ilhaqı ilə bağlı səsverməni pisləyib

ain.az bildirir, Apa.az portalına istinadən.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi İsrail parlamentinin İordan çayının qərb sahilinin ilhaqı barədə səsverməsini qınayan açıqlama verib.

APA xəbər verir ki, Baş nazirin ofisi sözügedən səsverməni “müxalifətin siyasi provokasiyası” adlandırıb.

“İlhaqla bağlı Knessetdə keçirillən səsvermə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin İsrailə səfəri zamanı müxalifət tərəfindən ixtilaf yaratmağa hesablanmış siyasi bir provokasiyadır. Likud partiyası (hakim partiya) və dini partiyalar bu qanunun qəbuledilməsinə səs verməyib”, - Netanyahunun ofisi bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
2
apa.az

3Mənbələr