AZ

“Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” təqdimat müsabiqəsi ilə bağlı görüş təşkil ediləcək

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 23 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Yaradıcı müəllim: uğurlu layihə, davamlı nəticə” mövzusunda təqdimat müsabiqəsi ilə bağlı onlayn görüş keçiriləcək. Görüş oktyabrın 24-də saat 12:00-da BŞTİ-nin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd müsabiqədə iştirak etmək istəyən müəllimlərə ətraflı məlumat vermək, müraciət və iştirak qaydaları ilə bağlı onları maraqlandıran suallara aydınlıq gətirməkdir.

Yaradıcı ideyaları, yenilikçi və innovativ yanaşmaları ilə fərqlənən müəllimlər canlı yayıma qoşularaq müsabiqə ilə bağlı suallarını paylaşımın şərh bölməsində yaza bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
2
azertag.az

4Mənbələr