AZ

Ukrayna qaz ehtiyatını dayandırıb

Ukrayna infrastrukturun zədələnməsindən sonra qaz anbarlarının doldurulmasını dayandırıb.

News365.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki,bu, Ukraynanın Qaz Ötürmə Sistemi Operatorunun (GTSO) və Avropa qaz platformalarının açıq məlumatlarında yer alıb.

Məlumata görə, bu həftənin əvvəlində Ukrayna enerji obyektlərinin atəşə tutulması və  Polşa üzərindən qaz idxalının dayandırılması fonunda yeraltı qaz anbarlarının doldurulmasını dayandırmağa məcbur olub. Nəticədə yeraltı qaz anbarlarında qaz ehtiyatları 0,01% azalıb. 

Nəşr qeyd edir ki, Polşadan idxalın oktyabrın 23-də bərpası planlaşdırılır. Lakin oktyabrın 23-dən 25-dək sutkada 6,48 milyon kubmetrlə məhdudlaşdırılacaq.

Seçilən
25
50
news365.az

10Mənbələr