"Teymur Əmrahla bağlı fikir bildirmişdim. Mənə yalnız o nəsə deyə bilərdi. Amma Samir Cəfərov cavablandırmışdı".
Yenisabah xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Rəngarəng" verilişində deyib.
O, Xalq artisti Samir Cəfərovun ünvanına sərt fikirlər səsləndirib: Dördpendirli pizza
"Samir Cəfərovun xaric, biabırçı oxumağı qarşıma çıxdı, mən də paylaşdım. O da çox insanlar vasitəsi ilə mənə zənglər elətdirib hədə-qorxu gəldi. Hətta dedi ki, DİN-ə şikayət edəcək.
Əgər sənin ifan biabırçı günündədirsə və səni təhqirsiz tənqid edirəmsə, buna nə məhkəmə, nə də DİN baxır. Sən bunu ictimaiyyətə təqdim etmisənsə, bunu müzakirə edə bilərik".
Müğənni bildirib ki, Xalq artistinin canlı ifası bərbaddır:
"Demişəm ki, nə vacibdir belə oxumaq, gedib fonoqram oxuyun. O "şikayət edəcəyəm" kəlməsindən sonra bir az da çox bu işin üstünə düşdüm. Vatsapda onun ifalarından 9 ədəd video göndərdilər. Bərbad ifalardır, istər toyda, istər konsertdən olanların hamısı. Sənətkar o deməkdir ki, sadalamaq istəyəndə arxanda fikirləşilməyəcək qədər mahnın var. "Sənətkar" o zaman deyilir ki, mahnıları yadda qalır. Mənim üçün Samir Cəfərov sənətkar deyil. Bəli, Xalq artistidir, amma sənətkar deyil.
Azər Zeynalovun "Gilavar", "Ana" mahnısı bir əsərdir. İstərdim ki, Samir Cəfərovun da iki mahnısının adını çəkə bilim, amma deyə bilmirəm. Bir dəfə canlı ifasını görmüşəm, o da bərbaddır. İki mahnısını ard-arda deyə bilmirsiniz, amma "sənətkar" deyirsiniz. Bir də Samir Cəfərov necə ki, özünüzə "sənətkar" deyirsiniz, xahiş edirəm, o ada layiq də hərəkət edin".
Qeyd edək ki, K.Abbasov bu yaxınlarda Xalq artisti Samir Cəfərovun videosunu yayaraq onun canlı oxuya bilməməsini tənqid etmişdi.
Aydan Hacı
Telegram kanalımız