AZ

Qalina Mehdiyeva erməni dilində ağı deyib, ağlayırmış Mehdiyev qayınanasını harda dəfn edib?

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ramiz  Mehdiyevin   cinayət əməlləri  üzə  çıxdıqdan sonra  özü və ailəsi  haqqında  hər  gün  yeni  informasiyalar yayılır.

Medianın gündəmində olan  müzakirələrdən biri  də, Ramiz  Mehdiyevin ailəsində  “erməni izi” iddiasdıdır. Mətbuat bundan əvvəl  Ramiz  Mehdiyevin  erməni oğulluğu olduğu iddia edilən  Levan Qurskaya  haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı  Qalina  Mehdiyevanın  Yura  adlı  ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu  iddia olunur. Polkovnik  rütbəli Levan Qurskaya  mühüm postlardan birini tutub.

Globalinfo.az bildirir ki, Oxu24.com  Ramiz Mehdiyevin qayınanasının  kimliyi  barədə  ilginc   məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina  Mehdiyevanın anası Natela  Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin  fevralın  23-də anadan  olan  Natela Qurskaya   2007-ci ilin martın  26-da  ölüb.

Onun  qəbri  Bakının Yasamal  rayonu ərazisində yerləşən “Qurd qapısı”nda  xristianlara  mənsub  qəbiristanlıqdadır.

Sayt  erməni əsilli olduğu  iddia edilən  Natela Qurskayanın dəfni ilə bağlı  özəl  məlumatlar  da  əldə edib.

Mənbənin saytımıza verdiyi  məlumata görə, Ramiz Mehdiyevin qayınanasının  2007-ci  ildə   baş  tutan   dəfnində  məhdud  sayda, ailəyə yaxın hesab edilən  adamlar  iştirak edib. Həmin  şəxslərin adları  bizə  məlum olsa da,açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik.

Mənbənin verdiyi məlumata görə,Qalina Qurskaya  anasının dəfnində  ağlayaraq, erməni dilində  ifadələr işlədirmiş. Həmin vaxt  ətrafda olan  şəxslər  də  onu sakitləşdirməyə çalışıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
8
globalinfo.az

10Mənbələr