AZ

Gələn il Azərbaycanın xarici yardımlara xərcləyəcəyi vəsait məlum olub

Bakı. Trend:

2026-cı ildə Beynəlxalq münasibətlər, xarici yardımlar vəAzərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrininsaxlanılması ilə bağlı xərclər məlum olub.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə bildirilib ki, 2026-cı ilin dövlət büdcəsininlayihəsində beynəlxalq münasibətlər (o cümlədən, beynəlxalq vəregional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının(maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirakı,Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri vəkonsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildənolan digər tədbirlər, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsiilə bağlı xərclər), xarici yardımlar və Azərbaycan Respublikasınınxaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclərüzrə 549,5 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır ki,bu da 2025-ci illə müqayisədə 14,2 milyon manat və ya 2,7 faizçoxdur.

Bu xərclərin 215,0 milyon manatı Azərbaycan Respublikasınınxaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarınınsaxlanılması xərclərinə (2025-ci illə müqayisədə 10,0 milyon manatvə ya 4,9 faiz çox), 23,5 milyon manatı beynəlxalq və regionaltəşkilatlara üzvlük haqqı ilə bağlı xərclərə, 38,0 milyon manatıbeynəlxalq və regional maliyyə institutlarının (maliyyə-kredittəşkilatlarının) səhm kapitalında iştirakı ilə bağlı xərclərə, 7,0milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digərtədbirlərlə bağlı xərclərə, 239,0 milyon manatı beynəlxalqsəviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclərə, 19,0 milyonmanatı xarici yardımlar üzrə xərclərə, 8,0 milyon manatı isəAzərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrininsaxlanılması üzrə xərclərə yönəldiləcəkdir.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr