Gələn il deputatları Milli Məclisdə təmsil olunan siyasi partiyalara nə qədər vəsaitin ayrılacağı açıqlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.
2026-cı ildə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil etdikləri siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 6,0 milyon manat vəsait nəzərdə tutulub.