Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi kvotadan əlavə yaradılan iş yerləri üzrəəməkhaqqının maliyyələşdirilməsi proqramına başlayıb.
Trendxəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, proqram sosial müdafiəyə xüsusi ehtiyacı olan vəişə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun artırılmasıməqsədilə kvotadan əlavə iş yerləri yaratmaq istəyən işəgötürənlərüçün nəzərdə tutulub.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlikçəkən şəxslər sırasına əlilliyi olan şəxslər, şəhid ailəsininüzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşınaböyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqlarıtərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmışşəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburiköçkünlər aiddir.
Kvotadan əlavə yaradılan iş yerlərinə Agentliyin yerliqurumlarının və ya DOST mərkəzlərinin göndərişi ilə işə qəbulolunmuş və azı iki illik müddətə əmək müqaviləsi bağlanmışişçilərin əməkhaqqı işsizlikdən sığorta vəsaiti hesabınaödəniləcək.
Proqramda bütün mülkiyyət və təşkilati-hüquqi formasından asılıolmayaraq idarə, müəssisə və təşkilatlar (“Kvota şamil edilməyənmüəssisələrin siyahısı”na daxil olanlar istisna olunmaqla) müraciətedə bilərlər.
Kvotadan əlavə iş yerlərinə dair tələblər:
- Bu iş yerləri işəgötürənin vəsaiti və ya qanunla qadağanedilməyən digər mənbələr hesabına yaradılmalıdır;
- Mövcud daimi vakansiyalar və əvvəlcədən işləmiş şəxslərin işdənazad edilməsi hesabına yaradılan iş yerləri olmamalıdır;
- Həmin iş yerləri vakansiya bankına daxil edilməlidir;
Kvota öhdəliklərini tam olaraq yerinə yetirmiş işəgötürənlərkvotadan əlavə iş yerlərinin yaradılması üçün bu proqrama müraciətedə və bunun üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçəbilərlər:
https://survey.sosial.gov.az/index.php/969263?lang=az
Müraciətlərə 15 iş günü ərzində baxılaraq qərar qəbulediləcək.