ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) icraçı vitse-prezidenti Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib. Sport24.az xəbər verir ki, bu barədə ATF məlumat yayıb.
Toplantı Çinin Uşi şəhərində keçirilib. Assambleyada taekvondonun gələcək inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.
Həmçinin 2027-ci ildə taekvondo üzrə dünya çempionatının Qazaxıstanın paytaxtı Astanada təşkil olunacağı rəsmən elan edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.