AZ

Mirzoyan Fransa XİN rəhbəri ilə Vaşinqton razılaşmasını müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.
APA Ermənistan XİN-ə istinadən xəbər verir ki, nazirlər Ermənistanla Fransa arasında əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Strateji xarakterli münasibətlərin daha da dərinləşdirilməsi, eləcə də Ermənistan-Aİ tərəfdaşlığının genişləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.
XİN rəhbərləri çoxtərəfli platformalarda və formatlarda effektiv qarşılıqlı əlaqəni təmin edən təşəbbüsləri də müzakirə ediblər.
Ararat Mirzoyan və Jan-Noel Baron regional reallıqlara, o cümlədən Vaşinqtonda avqust ayında əldə edilmiş razılaşmaların həyata keçirilməsinə də toxunublar.
Seçilən
23
6
sherg.az

7Mənbələr