AZ

Moskva aeroportlarında uçuşlara məhdudiyyətlər qoyulub

Moskvanın Domodedovo və Jukovski hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub.

Kommersant.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) Telegram-kanalında məlumat yayılıb.

Təyyarələrin enişi və qalxışına qoyulmuş qadağanın hava gəmilərinin uçuş təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunduğu bildirilir.

Bundan əvvəl Rusiya KİV-də Rusiya HHM qüvvələrinin Moskva yaxınlığında pilotsuz uçuş apartını zərərsizləşdirdiyi barədə məlumat yayılmışdı.

Seçilən
22
2
kommersant.az

3Mənbələr