AZ

Aİ Rusiyanın beş bankının tranzaksiyalarına qadağa qoydu

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın beş bankı Avropa İttifaqı (Aİ) ərazisində tranzaksiyalar həyata keçirə bilməyəcək.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Estoniya Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Maliyyə sektorunda (19-cu sanksiyalar paketində - red.) beş Rusiya bankının tranzaksiyalarına qadağa qoyulub, eləcə də Rusiya vətəndaşlarına kriptoaktivlər üzrə xidmətlərin göstərilməsi ilə bağlı məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni, 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
oxu.az

1Mənbələr