AZ

Xankəndidə “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” layihəsinin açılışı olub (FOTO)

Xankəndi. Trend:

Oktyabrın 23-də Xankəndidəki Qarabağ Universitetində “Yaşılşəbəkə: Elmi İnnovasiya platforması” adlı layihənin rəsmi açılışıolub.

Trend-inQarabağ bürosu xəbər verir ki, layihənin əsas məqsədi təhsilsistemində “yaşıl elm"in inteqrasiyasını genişləndirməklə elmiinnovasiyaların inkişafına və ekoloji dayanıqlılığa töhfəverməkdir.

Tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin2025-ci ildə elan etdiyi “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi,mina və itkinlər problemi” mövzusunda qrant müsabiqəsi çərçivəsindəhəyata keçirilir. Layihə “Qlobal Əməkdaşlıq və AnalitikAraşdırmalar Mərkəzi” İctimai Birliyi, Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyası və Azərbaycan Əmək və SosialMünasibətlər Akademiyasının birgə tərəfdaşlığı ilə icra olunur.Tədbirdə Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində Ağdərəvə Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin rəsmişəxsləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Qarabağ və ŞərqiZəngəzurda aparılan tikinti-quruculuq işləri və yaşıl enerjilayihələrindın danışıblar.

Elm və biznes sektorunda innovasiyaya əsaslanan “yaşıl keçid”idəstəkləyən təşəbbüs kimi layihə, “Yaşıl elm” icmasının üzvlərininşəbəkələşməsi, resurs mübadiləsi, mentorluq və təcrübə paylaşımıüçün onlayn əməkdaşlıq platformasının yaradılmasını nəzərdətutur.

İki gün davam edəcək elmi-praktiki konfransın məqsədi Qarabağbölgəsinin ekoloji vəziyyətinə, ekoterrorizm, iqlim dəyişiklikləri,ərzaq təhlükəsizliyi, sağlamlıq və enerji problemlərinə elmiyanaşmanı təşviq etmək, həmçinin bu istiqamətdə tədqiqat vəinnovasiyaları dəstəkləməkdir.

Tədbir çərçivəsində, COP 29 konfransı ərəfəsində AzərbaycanHəmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə hazırlanmış“İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq vəelmi kommunikasiya” adlı nəşr Qarabağ Universitetinə hədiyyəolunub.

Konfransda iqlim dəyişiklikləri və ətraf mühitin qorunmasımövzusunda maarifləndirici videomateriallar nümayiş etdirilib.Növbəti gün Türkiyə və Çin ekspertlərinin iştirakı ilə bitkilərinmühafizəsi mövzusunda müzakirələr və master-klass sessiyalarıtəşkil ediləcək.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Məqalədə:
Seçilən
94
9
az.trend.az

10Mənbələr