AZ

Gürcüstan DTX-nın keçmiş rəhbərinin qohumu saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin yaxın qohumu Andria Liluaşvili saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən xüsusi brifinqdə bildirilib.

Məlumata əsasən, A.Liluaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur. Bu maddə ilə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, bu yaxınlarda Q.Liluaşvili və digər keçmiş yüksək vəzifəli şəxslərin evlərində aparılmış axtarışlar zamanı 7 milyon dollardan çox pul, bahalı zinət əşyaları və qol saatları, rəsm əsərləri, bir neçə min səhifəlik sənədlər, 50 ədəd mobil telefon və 119 ədəd elektron avadanlıq müsadirə olunub.

Seçilən
103
2
apa.az

3Mənbələr