Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, Mərkəzi Bank pul siyasəti faizini 1.00 faiz bəndi də azaldaraq 40,5%-dən 39,5%-ə çəkdi.
Sentyabr ayında keçirilən iclasda TCMB bir həftəlik repo hərracı üzrə faiz 2,50 faiz bəndi azaldılaraq 43%-dən 40,5%-ə endirilmişdi.
İqtisadçıların oktyabr ayı üçün proqnozları da faiz endirimlərinin davam edəcəyi yönündə idi.