Astanadakı görüşdə müzakirə edilən əsas məsələlərdən biri Zəngəzur dəhlizi layihəsi olub. Azərbaycan ərazisində avtomobil və dəmir yolu infrastrukturunun tikintisi artıq tamamlanmaq üzrədir və bu, Asiya ilə Avropa arasında logistik sistemin yeni əsasını formalaşdıracaq. Zəngəzur dəhlizi nəqliyyat marşrutu olaraq həm də Avrasiya regionunun iqtisadi və siyasi inteqrasiyasını təmin edən strateji mexanizmdir. Həmin layihə ilə Azərbaycan və Qazaxıstan Avropa-Asiya ticarət xəritəsində aparıcı mövqe qazanaraq regionun enerji və yük daşımalarının əsas mərkəzinə çevrilirlər. Dövlətimizin başçısı bəyanatında vurğulayıb ki, ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31