AZ

Türkiyədə “Mina/ƏPQ Aşkarlama Robotu” ilk dəfə inventara daxil edilib

Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan sayda “Mina / Əldəqayırma Partlayıcı Qurğu Aşkarlama Robotu”nun yoxlama və qəbul fəaliyyətlərini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd olunub ki, qəbul prosesi tamamlanan robotlar ilk dəfə Quru Qoşunlarının inventarına daxil edilib.

Həmçinin “Makine ve Kimya Endüstrisi” şirkəti tərəfindən istehsal edilən müxtəlif çap və sayda silah-sursatın tədarükü də yekunlaşıb.

Seçilən
73
poliqon.az

1Mənbələr