AZ

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olundu

Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

Yenisabah.az xəbər verir ki, 12 ailə olmaqla, 55 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. pizza hut

Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.


Telegram kanalımız
Seçilən
38
8
yenisabah.az

7Mənbələr