AZ

Texnoloji biznes inkubatorlarının qeydiyyat və reyestr qaydalarında dəyişikliklər təsdiqlənib

Bakı. Trend:

"Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının,həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznesinkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası"ndadəyişiklik edilib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, idarəedici təşkilat inkubatorun qeydiyyatşəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsibarədə 2 iş günü müddətində ərizəçiyə şifahi və ya yazılı formadaməlumat verir. Ərizəçi tərəfindən məlumat alındığı tarixdən 5 işgünü müddətində inkubatorun qeydiyyat şəhadətnaməsinin verilməsiüçün dövlət rüsumu ödənilir və ödənişi təsdiq edən sənəd idarəedicitəşkilata təqdim edilir.

Belə ki, ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsi faktınıtəsdiq edən sənəd təqdim edildikdən sonra inkubatorun qeydiyyatşəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilirvə ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlətrüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Qaydada nəzərdətutulan müddətdə təqdim edilmədikdə, idarəedici təşkilat tərəfindəninkubatorun qeydiyyat şəhadətnaməsi ləğv edilir və bu barədəməlumat 2 iş günü müddətində ərizəçiyə göndərilir.

Məqalədə:
Seçilən
22
8
az.trend.az

10Mənbələr