AZ

Növbəti köç karvanı Təzəbinə kəndinə çatdı

Xocalı rayonunun Təzəbinə kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Təzəbinəyə bu gün yola salınan köç karvanı 12 ailədən (55 nəfər) ibarətdir.

Bununla da kəndə 95 ailənin (423 nəfər) köçürülməsi təmin edilib.

***

Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç karvanı yola salınıb.

Avtosfer.az "Report"a istinadla xəbər verir ki, Təzəbinə kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 12 ailə (55 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Təzəbinəyə köçürülən ailələrin sayı 95-ə (423 nəfər) çatacaq.

Seçilən
8
33
avtosfer.az

10Mənbələr