AZ

Bakının üç rayonunda bəzi binalar plana düşüb - Söküntü başlayır 

Bakının daha bir neçə ərazisində istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Modern.az xəbər verir ki, Komitənin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb. Qeyd olunub ki, söküntü işləri Binəqədi, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək.

Belə ki, Binəqədi rayonunun 1-ci Mədən küçəsi, korpus 54 ünvanında, 2-ci Mədən küçəsi, korpus 73 və 98 ünvanında, həmçinin Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39, Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6 ünvanında, eləcə də Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək.

Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi daha əvvəl isə Binəqədi rayonunun Ağa Nemətulla küçəsi, ev 13 ünvanında və Dəmiryol küçəsi, ev 19 ünvanında və Xətai rayonunun Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında, Sabunçu rayonunun Babək küçəsi, ev 23, Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32 ünvanı, Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında və Suraxanı rayonunun isə Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Layihə İnstitutu - “Azərdövlətlayihə” və “Archico Project” ilə müqavilələr bağlayıb. (Mənbə: iqtisadiyyat.az)

Seçilən
33
1
modern.az

2Mənbələr