AZ

Emin Ağalarov “Uni Pak” şirkətindəki payını satdı

Tanınmış iş adamı Emin Ağalarov və onun tərəfdaşları “Uni Pak” adlı alkoqolsuz içkilər istehsal edən şirkətdən çıxıblar.

"Unikal" xəbər verir ki, bu  barədə “Vedomosti” nəşri məlumat dərc edib. 

Bildirilir ki, 13 oktyabrdan etibarən şirkətin yeganə sahibi iş adamı Yeqor Kulikov olub. Ağalarov nümayəndəsi vasitəsilə bildirib ki, bu sövdələşmə üzrə danışıqlar uzun müddət davam edib və artıq yekunlaşıb. Onun sözlərinə görə, “Uni Pak” biznesi onun üçün əsas fəaliyyət sahəsinə daxil olmadığından, satış qərarını çoxdan verib.

Ekspertlər şirkətin 100 faizlik payını 500–700 milyon rubl arasında qiymətləndirirlər. 

Gülayə Mecid 

Seçilən
65
1
unikal.az

2Mənbələr