Naxçıvanda su xəttində baş verən qəza səbəbindən şəhərin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranacaq.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da Naxçıvan şəhəri Atabəylər, Babək, Z.Əliyeva məhəllələri, H.Aslanov küçəsi, həmçinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərinə suyun verilişi dayandırılacaq.
Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.